Bakıda 100 minlik maşınla qoçuluq edən sürücü qəza törədib qaçdı - VİDEO

Bakıda 100 minlik maşınla qoçuluq edən sürücü qəza törədib qaçdı - VİDEO

Hazırda oxunan: Bakıda 100 minlik maşınla qoçuluq edən sürücü qəza törədib qaçdı - VİDEO

29619

Bakıda bahalı maşınla kobud qayda pozuntusu edən sürücü qəza tötədib.  

Bizim.Media-nın məlumatına görə, Avtosfer.az-a müraciət edən zərərçəkmiş sürücü bildirir ki, idarə etdiyi avtomobillə iyulun 19-da paytaxtın Yusif Səfərov küçəsindən Babək prospekti istiqamətinə gedərkən 10-UT-550 qeydiyyat nişanlı “Cadillac” markalı avtomobilin sürücüsü ona təhlükə yaradıb:

“O, əvvəlcədən mənim qarşıma keçmək istəyirdi. Lakin ona yol vermədiyimdən qəzəblənərək arxamca gəldi. Daha sonra körpünün girişində məni sıxışdaraq avtomobilimi vurdu və hadisə yerindən yayındı”.

Sürücü bildirir ki, hadisə ilə bağlı 102 qaynar xəttinə müraciət edib. Polis bölməsinə çağırılan sürücü günahsız olduğunu bildirsə də, zərəçəkmiş sürücünün təqdim etdiyi video əsasında günahın “Cadillac”-ın sürücüsündə olması öz təsdiqini tapıb.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO