Gürcüstanın Marneuli rayonunun Yuxarı Saral kəndində qətl törədən 1992-ci il təvəllüdlü E.A. adlı şəxs saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Həmin şəxs ağırlaşdırıcı hallarda iki və ya da çox ailə üzvünün qəsdən qətlə yetirilməsində və ağırlaşdırıcı hallarda iki və ya da çox ailə üzvünün qətlinə cəhddə ittiham olunur.
MÖVZU İLƏ BAĞLI:
SON DƏQİQƏ: Gürcüstanda azərbaycanlı ailəyə silahlı hücum: ÖLƏNLƏR VAR
Onu 16 ildən 20 ilədək və ya ömürlük həbs cəzası gözləyir.
İstintaqla müəyyən olunub ki, saxlanılan şəxs iyulun 21-nə keçən gecə keçmişdə baş verən münaqişə zəminində 1994-cü il təvəllüdlü Q.P. adlı keçmiş həyat yoldaşı və onun atası, 1969-cu il təvəllüdlü İ.P. adlı şəxsi öz evlərində odlu silahla qətlə yetirib.
Yaralanan şəxslər isə qadının anası və qardaşıdır. Onlar xəstəxanaya çatdırılıb və həyatları təhlükədə deyil.
Qətli törədən şəxs “isti izlər”lə insidentdən bir neçə saat sonra saxlanılıb. Polis odlu silahı maddi sübut kimi müsadirə edib.
Bizim.Media