Gürcüstanda

Gürcüstanda "oğru dünyası"nın 8 üzvü saxlanıldı - VİDEO

Hazırda oxunan: Gürcüstanda "oğru dünyası"nın 8 üzvü saxlanıldı - VİDEO

29317

Oğru dünyasına üzv və dəstək olmaq, həmçinin oğru dünyasına müraciət etmək ittihamı ilə Tbilisi və Marneulidə 8 nəfər saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata əsasən saxlanılan şəxslər; 1969-cu il təvəllüdlü P.Q. ("Paliko" ləqəbli), 1980-ci il təvəllüdlü Z. Q. ("Muxo" ləqəbli), 1964-cü il təvəllüdlü C. Q. ("Cama" ləqəbli), 1995-ci il təvəllüdlü V. Q, 1983-cü il təvəllüdlü.

D.D, 1991-ci il təvəllüdlü D.A, 1983-cü il təvəllüdlü V.Q. ("Lapuxa" ləqəbli), 1963-cü il təvəllüdlü A. O-dur.

Nazirlik saxlanılan şəxslərin iki nəfər arasında olan pul probleminin həlli üçün 2021-ci ilin aprel və mart aylarında Tbilisidə yerləşən evlərin birində "oğru yığıncaqları" təşkil etdiklərini və problemi "oğru yolu" ilə həll etdiklərini bildirir.

Faktla bağlı cinayət işi açılıb, saxlanılan şəxsləri 3 ildən 10 ilədək həbs cəzası gözləyir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO