Kürdəmirdə bir küçədə ard-arda iki yol qəzası baş verib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Vaqif küçəsində qeydə alınıb.
Birinci qəzada “VAZ 2107” markalı avtomobillə “Celli” markalı avtomobillər toqquşub. Digər qəzada isə “VAZ 2106” markalı avtomobillə “Hyundai” markalı avtomobil toqquşub.
Qəzalarda ciddi xəsarət alan olmasa da avtomobillərə ciddi ziyan dəyib.
Hazırda hər iki fakt araşdırılır.
Bizim.Media, Aran bürosu