Yolda qalan nasaz avtomobillər ağır qəzalara səbəb oldu – ANBAAN VİDEO

Yolda qalan nasaz avtomobillər ağır qəzalara səbəb oldu – ANBAAN VİDEO

Hazırda oxunan: Yolda qalan nasaz avtomobillər ağır qəzalara səbəb oldu – ANBAAN VİDEO

272936

Müşahidə kameralarının qeydə aldığı qəzalara baxdıqda görünür ki, bir çox hallarda avtomobillərdə texniki nasazlıq yaranır və sürücülər zəruri təhlükəsizlik qaydalarına əməl etmirlər.

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) məlumatında qeyd olunub.
 

"Hadisələrin əsas səbəblərindən biri də nasaz nəqliyyat vasitəsi yolda qaldıqda təhlükəsizlik tədbirlərinin görülməməsi və sürücülərin diqqətsizliyidir. Çox zaman sürücülər ya avtomobildə oturub evakuator gözləyir, ya da nasazlığı yolun hərəkət hissəsində aradan qaldırmağa çalışırlar. Təəssüf ki, bu, əlavə yol-nəqliyyat hadisələrinə səbəb olur.


"Yol hərəkəti haqqında" Qanunun 55-ci maddəsinə görə, hərəkət zamanı nəqliyyat vasitəsində texniki nasazlıq yarandıqda sürücü avtomobili yolun hərəkət hissəsindən kənara çəkməli və texniki yardım xidmətinə məlumat verməlidir.

Bu halda sürücülər qəza dayanma işıq siqnalını yandırmalı, qəza dayanma nişanını nəqliyyat vasitəsinin arxasında, zərurət olduqda isə həm də önündə, ən azı 30 metr məsafədə quraşdırmalıdır", - deyə məlumatda bildirilib.

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücüləri xəbərdar edir ki, qaydalara əməl olunmadıqda qəza riskləri artır və nəticələri qaçılmaz olur.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO