Ev sahibi ilə keçmiş məcburi köçkün arasında qalmaqal: 32 ildir evinə köçə bilmir - VİDEO

Ev sahibi ilə keçmiş məcburi köçkün arasında qalmaqal: 32 ildir evinə köçə bilmir - VİDEO

Hazırda oxunan: Ev sahibi ilə keçmiş məcburi köçkün arasında qalmaqal: 32 ildir evinə köçə bilmir - VİDEO

269623

Xanəhməd Həsənova 32 il əvvəl ev növbəsi ilə aldığı mənzildə hələ bir gün belə yaşamaq qismət olmayıb.

Bizim.Media xəbər verir ki, bununla bağlı o, Baku TV-nin qaynar xəttinə müraciət edib.

Deyib ki, onun evində məskunlaşan şəxs Qubadlı rayonunun Zilanlı kənd sakini, keçmiş məcburi köçkün Namiq Məmmədovdur.

"2012-ci ildə məhkəmə ailənin mənzili boşaltması barədə qərar qəbul etsə də, indiyədək icra olunmayıb. Yaşım 70-i ötüb, kirayələrdə qalıram. Mənim nəşim də kirayədən çıxmalıdır?!", - Xanəhməd Həsənov söyləyib.

Məcburi köçkün Amil Məmmədov isə evlə təmin olunmadıqları müddət ərzində yaşadıqları mənzildən çıxmayacaqlarını söyləyib:

"Mən qazi olaraq evlə təmin olunmamışam. Xahiş edirəm ki, bizi Sumqayıtda evlə təmin etsinlər ki, ailəmlə gedib orada yaşayım".
 

Məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsindən bildirilib ki, Qubadlı rayonunun Zilanlı kəndindən keçmiş məcburi köçkün Namiq Məmmədov və ailə üzvləri Xanəhməd Həsənova məxsus mənzildə müvəqqəti məskunlaşıblar:


"Keçmiş məcburi köçkünün başqa vətəndaşa məxsus mənzili boşaltması haqqında məhkəmə qətnaməsi mövcuddur və Komitəyə təqdim edilib. İşğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri aparılır. Qubadlı rayonunun Zilanlı kəndi də bərpa edildikdən sonra həmin ailənin də köçürülməsi qanunauyğun formada icra ediləcək və onun hazırda müvəqqəti məskunlaşdığı mənzil sahibinə təhvil veriləcək".

Ətraflı süjetdə:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO