Bu ölkədə DƏHŞƏT: Minlərlə insan həlak oldu - VİDEO

Bu ölkədə DƏHŞƏT: Minlərlə insan həlak oldu - VİDEO

Hazırda oxunan: Bu ölkədə DƏHŞƏT: Minlərlə insan həlak oldu - VİDEO

268281

Sudanın qərbində baş verən torpaq sürüşməsi bütöv bir kəndi yerlə-yeksan edib. Nəticədə 1000-dən çox insan həyatını itirib, yalnız bir nəfər sağ qalıb.

Bizim.Media xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, faciə avqustun 31-də, günlərlə davam edən güclü yağışların ardından baş verib.

Məlumata görə, Sudan Azadlıq Hərəkatı üsyançı qruplaşması Darfur bölgəsinin Tersin kəndinin tamamilə məhv olduğunu açıqlayıb. Onlar ölənlərin cəsədlərinin tapılması üçün BMT və digər beynəlxalq humanitar təşkilatlara müraciət ediblər.
 

Xatırladaq ki, 2019-cu ildə ölkədə hərbi çevrilişdən sonra başlayan vətəndaş müharibəsi səbəbindən minlərlə sakin qərb bölgələrinə sığınıb. Daha sonra devrilmiş prezident Ömər əl-Bəşirin yerinə hakimiyyət ordu və Çevik Reaksiya Qüvvələrinin (RSF) nümayəndələrinin daxil olduğu keçid dövrü Suveren Şurasına keçib.


Lakin ordu ilə RSF arasında 2023-cü ildə başlayan silahlı toqquşmalar bu gün də davam edir. Gərginlik onların dövlət təhlükəsizlik qüvvələrinin tərkibinə inteqrasiya məsələsində razılığa gələ bilməməsindən qaynaqlanıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO