Xəbər verdiyimiz kimi, avqustun 31-də Ukrayna PUA-ları Simferopol hava limanında iki helikopteri məhv edib.
Bizim.Media xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (QUR) hücumla bağlı yeni detalları açıqlayıb.
MÖVZU İLƏ BAĞLI:
Ukrayna Simferopol hava limanında 2 helikopteri məhv etdi - FOTO
Məlumata görə, QUR-un xüsusi təyinatlı “Kabuslar” bölməsi Simferopol yaxınlığındakı Qvardeyskoye qəsəbəsində yerləşən Rusiya hərbi hava bazasına pilotsuz aparatlarla zərbə endirib.
Hücum nəticəsində iki ədəd Mi-8 helikopteri məhv edilib. İlkin hesablamalara görə, vurulmuş texnikanın dəyəri 20–30 milyon dollar arasında qiymətləndirilir.
İdarənin məlumatına əsasən, eyni əməliyyat çərçivəsində Sevastopol körfəzində yerləşən Rusiya yedək gəmisi – BUK-2190 da hədəfə alınıb. Bildirilir ki, gəmiyə hücumda xüsusi döyüş başlığından istifadə olunub.
Bizim.Media