Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən "Sədərək" ticarət mərkəzi tərəfindən icarəyə verilmiş anbarda baş vermiş yanğının səmadan görüntüləri qeydə alınıb.
Bizim.Media “oxu.az”a istinadla xəbər verir ki, sözügedən görüntülər Bakıdan Tbilisi istiqamətində hərəkətdə olan təyyarədən lentə alınıb.
Xatırladaq ki, avqustun 24-də günorta saatlarından etibarən "Sədərək" ticarət mərkəzi tərəfindən icarəyə verilmiş anbarda yanğın baş verib. Bir gün davam edən yanğın avqustun 25-də səhər saatlarında məhdudlaşdırılıb.
Sözügedən görüntüləri təqdim edirik:
Bizim.Media