AVRO-2020: Niderland uduzdu – Bakıya gəlməyəcək - VİDEO

AVRO-2020: Niderland uduzdu – Bakıya gəlməyəcək - VİDEO

Hazırda oxunan: AVRO-2020: Niderland uduzdu – Bakıya gəlməyəcək - VİDEO

26469

AVRO-2020-nin 1/4 final mərhələsinin ilk cütü bəlli olub.

Bizim.Media xəbər verir, buna 1/8 finalın Niderland – Çexiya matçından sonra aydınlıq gəlib. 2:0 hesabı ilə qalib gələn Çexiya adını 1/4 finala yazdırıb. Onlar iyulun 3-də Bakı Olimpiya Stadionunda keçiriləcək matçda Danimarka ilə üz-üzə gələcək. 
 

MÖVZU İLƏ BAĞLI:

“Avro-2021”: Belçika və Danimarka milliləri növbəti mərhələyə adladı


Bu qarşılaşma saat 20:00-da başlayacaq.

Qeyd edək ki, Danimarka iyunun 27-də Uelsə 4:0 hesabı ilə qalib gəlib.

Xatırladaq ki, Niderland parlamenti hökumətə tövsiyyə etmişdi ki, futbol yığması Çexiyanı udacağı təqdirdə Bakıya getməməlidir. Bunu onlar Ermənistana dəstək məqsədilə etmişdilər.

Onlar hesab edirlər ki, Azərbaycan bütün hərbi əsirləri İrəvana geri verməlidir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO