"Avro-2020”: İspaniya yığması Polşanı məğlub edə bilmədi - VİDEO

Hazırda oxunan: "Avro-2020”: İspaniya yığması Polşanı məğlub edə bilmədi - VİDEO

25462

“Avro-2020”nin E qrupu çərçivəsində keçirilən İspaniya-Polşa matçı ilə çempionatın qrup mərhələsinin ikinci turuna yekun vurulub.

Bizim.Media xəbər verir ki, Sevilyadakı Olimpiya stadionunda təşkil olunan görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. İspaniya millisinin heyətində Alvaro Morata matçın 25-ci dəqiqəsində hesabl açıb.

Lakin Polşa komandasının hücumçusu Robert Levandovski 54-cü dəqiqədə hesabı bərabərləşdirib.
 

MÖVZU İLƏ BAĞLI:

AVRO-2020-də sensasiya: Fransa Macarıstanla bacarmadı


Bu qrupun digər oyununda İsveç Slovakiyanı minimal hesabla məğlub edib.

Hesabında 4 xal olan İsveç millisi qrupun lideridir. Slovakiya millisi 3 xalla ikinci, İspaniya yığması isə 2 xalla üçüncü pillədə qərarlaşıb. Polşa seçməsinin aktivində 1 xal var.

E qrupunun iyunun 23-də paralel keçiriləcək oyunlarında iyunun İsveç seçməsi Polşa, Slovakiya isı İspaniya ilə qarşılaşacaqlar.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO