İrana hücum edən İsrail təyyarələri müqavimətlə ÜZLƏŞMƏYİB – YENİ DETALLAR - VİDEO

İrana hücum edən İsrail təyyarələri müqavimətlə ÜZLƏŞMƏYİB – YENİ DETALLAR - VİDEO

Hazırda oxunan: İrana hücum edən İsrail təyyarələri müqavimətlə ÜZLƏŞMƏYİB – YENİ DETALLAR - VİDEO

254475

“İsrail Hərbi Hava Qüvvələri İrana zərbələr endirmək üçün 200 təyyarə cəlb edib, onlar 330-dan çox döyüş sursatı atıblar”.

Bizim.Media "Times of Istael"ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Effi Defrin brifinqdə bildirib.

Onun sözlərinə görə, zərbələr zamanı qırıcılar təxminən 100 hədəfə 330-dan çox döyüş sursatı atıblar.

“İrana gecə saatlarında zərbə endirən bütün döyüş təyyarələrimiz heç bir müqavimətlə üzləşmədən bazalarımıza geri dönüb. Əməliyyat planlandığı kimi həyata keçirilib”, - İsrail MN-in məlumatında bildirilib.
 

Qeyd edək ki, bu gün gecə saatlarında İsrail İrana qarşı “Yüksələn aslan” kod adlı hərbi əməliyyata başlayıb.


Əməliyyat çərçivəsində paytaxt Tehrana və İranın nüvə obyektlərinə zərbələr endirilib. Hücumlar nəticəsində İranın bir sıra yüksəkrütbəli komandanları və nüvə enerjisi sahəsində ixtisaslaşmış alimləri məhv edilib. Buna cavab olaraq İran İsrailə 100-dən çox PUA buraxıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO