Gecələr Xırdalanda nə baş verir? - Hər gün 12-dən sonra... – VİDEO

Gecələr Xırdalanda nə baş verir? - Hər gün 12-dən sonra... – VİDEO

Hazırda oxunan: Gecələr Xırdalanda nə baş verir? - Hər gün 12-dən sonra... – VİDEO

254459

Xırdalanda sakinləri narahat edən daha bir məsələ səs-küy problemidir. 

Bizim.Media xəbər verir ki, bu barədə “baku.ws”ə Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində yaşayan sakinlər tərəfindən çoxsaylı şikayət daxil olub. 
 

Sakinlərin sözlərinə görə, həmin ərazidə axşam saatlarından başlayaraq davam edən səs-küy onların gündəlik həyatına ciddi şəkildə mənfi təsir göstərir.


Şikayətdə bildirilir ki, demək olar hər 30 dəqiqədən bir avtomobillərdə yüksək səslə musiqi səslənir, motosikletlərin yaratdığı gurultu isə hətta gecə saat 12-dən sonra da səngimir. 

Nəticədə ailələr evdə rahat şəkildə istirahət edə bilmir, körpə uşaqlar səsə görə tez-tez yuxudan oyanırlar.

"Bu evdə yatanı, xəstəsi, körpəsi olan var. Səs-küydən evdə otura bilmirik. Tək mən yox, bu küçədə yaşayan bir çox ailə bu vəziyyətdən əziyyət çəkir," – deyə sakinlər bildirir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO