Ölkənin şimal qapısı Xaçmazda bu gün əsl Qərbi Azərbaycan ab-havası yaşanıb. Qərbi Azərbaycana dönüşümüz ərəfəsində millət vəkilləri, Qərbi Azərbaycan icmasının rəhbərliyi və üzvləri, ziyalılar Xaçmazda Qərbi Azərbaycan adının işığına yığışıblar.
Bizim.Media xəbər verir ki, əvvəlcə ümumrmilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, sonra H.Əliyev mərkəzində "Qərbi Azərbaycan-Yurd yerimiz" mövzusunda konfrans keçirilib.
Xaçmaz İH başçısı Elnur Rzayev, Milli Məclis sədrinin 1-ci müavini Əli Əhmədov, Qərbi Azərbaycan İcmasının İdarə heyətinin sədri, millət vəkili Əziz Ələkbərli və digər natiqlər Qərbi Azərbaycana qayıdış istiqamətində görülən tədbirlərdən danışıblar.
Qeyd olunub ki, Qarabağ alınanadək hamımız qarabağlı idik, indi isə hamımız qərbi azərbaycanlıyıq və tarixi torpaqlara qayıdışın son akkordları vurulur.
Sonra Xaçmaz şəhərindəki Zəfər parkında möhtəşəm Qərbi Azərbaycan festivalı keçirilib. Aşıq Ələsgər yurdunun gələcək sakinlərini aşıqlar qarşılayıb. Festivalda Qərbi Azərbaycan mətbəxinə aid ləziz çərəz və yemək nümunələri, şirniyyatlar, Qərbi azərbaycanlıların müxtəlif əl işləri, sənət nümunələri nümayiş olunub.
Qərbi Azərbaycanın İrəvan kətəsi hər bir iştirakçının ağzını dada gətirib.
Festival maraqlı konsert proqramı ilə davam edib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

- A-
- A
- A+
Multimedia
14:55 / 05.06.2025
Qərbi azərbaycanlılar Xaçmazda bir araya gəldilər – FOTO/VİDEO
Hazırda oxunan: Qərbi azərbaycanlılar Xaçmazda bir araya gəldilər – FOTO/VİDEO
Hazırda oxunan: Qərbi azərbaycanlılar Xaçmazda bir araya gəldilər – FOTO/VİDEO
253221
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.