Ukrayna ordusu ilk dəfə olaraq Rusiyanın "İskəndər" operativ-taktiki raket kompleksini vurub.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.
Qərargahın məlumatına görə, Rusiyanın 26-cı raket briqadasının bölməsi Bryansk vilayətinin Klinets rayonu ərazisindən, ehtimal ki, Kiyevə zərbə endirməyə cəhd göstərib. Lakin bu hücum Ukrayna tərəfindən uğurla dəf edilib.
Zərbə nəticəsində bir buraxılış qurğusu partlayıb, ehtimala görə, daha iki qurğu zədələnib.
Bizim.Media