Xəbər verdiyimiz kimi, Vyetnama səfər zamanı Fransa Prezidenti Emmanuel Makron həyat yoldaşı Bricit Makron tərəfindən şillə ilə vurulub.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, Fransa Prezidenti arvadı ilə mübahisə zamanı təhqirə də məruz qalıb.
MÖVZU İLƏ BAĞLI:
Makron biabır oldu: Həyat yoldaşı onu sillələdi – ANBAAN VİDEO
Mənbənin məlumatına görə, Bricit ərinə şillə vurandan sonra Makron vəziyyəti düzəltməyə çalışıb. Lakin onun bu cəhdi nəticəsiz qalıb və vəziyyət daha da gərginləşib.
Təyyarədən enərkən Makron həyat yoldaşının əlindən tutmaq istəsə də, Bricit bunu rədd edib. Üstəlik, o, Emmanueli təhqir də edib:
“Məni rahat burax, uğursuz bədbəxt”.
Xatırladaq ki, Emmanuel Makron məsələ ilə bağlı açıqlamasında sözügedən hadisənin zarafat olduğunu bildirmişdi.
Bizim.Media