Bakıda su borusu partladı: Bina qarşısında gölməçə yarandı - VİDEO

Bakıda su borusu partladı: Bina qarşısında gölməçə yarandı - VİDEO

Hazırda oxunan: Bakıda su borusu partladı: Bina qarşısında gölməçə yarandı - VİDEO

251193

Bakının Xətai rayonunda Qədir Məmmədov küçəsi 9 ünvanında su borusu partlayıb.

Bizim.Media xəbər verir ki, Baku.ws-in "qaynar xətti"nə daxil olan məlumata görə, borunun partlaması nəticəsində su yüksək təzyiqlə ətrafa yayılıb.
 

Binanın qarşısında böyük həcmdə su gölməçəsi əmələ gəlib. Ətrafa yayılan su binanın blokuna da daxil olub.


Sakinlərin sözlərinə görə, borunun partlaması bir neçə saat əvvəl baş versə də, hələlik müvafiq qurumlar hadisə yerinə müdaxilə etməyiblər.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO