Putin görüş zamanı Baydenlə zarafat etdi – VİDEO

Putin görüş zamanı Baydenlə zarafat etdi – VİDEO

Hazırda oxunan: Putin görüş zamanı Baydenlə zarafat etdi – VİDEO

25046

RİA Novosti müxbirinin hadisə yerindən verdiyi məlumata görə, Putin və Baydenin ilk əlaqə saxladıqları salondan mətbuat nümayəndələri çıxarıldığı vaxt Rusiya və ABŞ prezidentləri zarafatlaşıblar.

Bizim.Media xəbır verir ki, təhlükəsizlik zabitləri jurnalistlərdən və operatorlardan otağı tərk etmələrini xahiş etdikləri anda, Putin Baydenə gülümsəyərək nəsə deyib, nəticədə ikisi də gülüb.
 

MÖVZU İLƏ BAĞLI:

Putin və Bayden danışıqların ortasında jurnalistlərə açıqlama verəcəklər


İlk olaraq danışıqların aparıldığı “Villa La Grange”ə Putin gəlib. Təxminən 12 dəqiqədən sonra Bayden ona qoşulub. İsveçrə Prezidenti Qi Parmelen ilə şəkil çəkdirdikdən sonra əl-ələ görüşüblər və danışıqlara gediblər.

Əlini uzadan ilk şəxs ABŞ Prezidenti olub.

Cenevrədəki Rus-Amerikan zirvəsi 2018-ci ildən bəri Putinin Helsinkidə Trampla danışıqlar apardıqdan sonra ilk rəsmi görüş olacaq.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO