“Ötən 30 ildə Qarabağda yaşanan gərginlik dönəmində kimlərin bu işdən qazanclı çıxdığı, kimlərin uduzduğu aydın görünür”.
Bizim.Media-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən xüsusi iclasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
MÖVZU İLƏ BAĞLI:
“Qoy bütün dünya bilsin ki, sabah da belə olacaq” - Ərdoğan
Türkiyə Prezidenti bildirib ki, maddi və mənəvi baxımdan uduzanlar isə sadəcə Qarabağda yaşayan insanlardır:
“30 ildir, mənim azərbaycanlı qardaşlarım öz məskənlərindən qaçqın oldular. 30 il sonra bu torpaqlar təkrar öz sahiblərinə qovuşdu. Qarabağda münaqişənin davam etməsinə səy göstərənlər isə həmişə bu münaqişədən qazanan tərəfdə olub”.
Bizim.Media