Qəbir çökdü, tabutu daşıyanlar məzara düşdü – VİDEO

Qəbir çökdü, tabutu daşıyanlar məzara düşdü – VİDEO

Hazırda oxunan: Qəbir çökdü, tabutu daşıyanlar məzara düşdü – VİDEO

250142

ABŞ-ın Filadelfiya şəhərinin şimalındakı qəbiristanlıqlardan birində baş verən dəfn mərasimi faciə ilə nəticələnib. Mərhumun cənazəsini daşıyanlar qəbir üzərində yerləşdirilən platformanın çökməsi nəticəsində tabutla birlikdə qəbirə düşüblər.

Bizim.Media xəbər verir ki, qəza zamanı mərhumun oğlu tabutun altında qalıb və huşunu itirib. 

Hadisə nəticəsində bir neçə nəfər isə ayaq, əl və bel nahiyələrindən xəsarət alıb. Xoşbəxtlikdən, onların heç birinin xəsarəti ciddi olmayıb.
 

Hadisədən sonra mərhumun ailəsi qəbiristanlıq rəhbərliyini və dəfn mərasimini təşkil edən məzarlıq şirkətini platformanın texniki nasazlığına görə məsuliyyətli sayıb. Ailə rəsmi üzrxahlıq və mərasimin pozulmasına görə maddi təzminat tələb edir.


Qeyd edək ki, insidentin görüntüləri sosial şəbəkələrdə geniş yayılıb və ictimai rezonansa səbəb olub. (musavat.com)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO