Sumqayıtda səsboğuculara müdaxilə edən moped və motosiklet sürücüləri saxlanıldı – VİDEO

Sumqayıtda səsboğuculara müdaxilə edən moped və motosiklet sürücüləri saxlanıldı – VİDEO

Hazırda oxunan: Sumqayıtda səsboğuculara müdaxilə edən moped və motosiklet sürücüləri saxlanıldı – VİDEO

247728

Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən yol hərəkəti təhlükəsizliyinin təmin olunması məqsədi ilə profilaktik tədbirlər davam etdirilir. Növbəti tədbir zamanı yüksək səslə küçə və prospektlərdə hərəkət edərək şəhər sakinlərinin haqlı narazılığına səbəb olan motosiklet və moped sürücüləri saxlanılıblar.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
 

Bildirilib ki, texniki müayinə zamanı həmin nəqliyyat vasitələrinin bir çoxunun səsboğucularına sürücüləri tərəfindən qəsdən müdaxilə edildiyi aşkarlanıb.


Yollarda təhlükəli manevrlər edərək qəza şəraiti yaradan həmin şəxslər barəsində inzibati tədbirlər görülüb.

"Yay mövsümünün gəlişi ilə əlaqədar olaraq Sumqayıt şəhərində insanların istirahətini bilərəkdən pozan, neqativ hərəkətlərə yol verən bu tipli moped və motosiklet sürücülərinə qarşı vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə profilaktik tədbirlər mütəmadi olaraq həyata keçiriləcək", - məlumatda qeyd edilib.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO