Bəşər Əsədin atasının məzarı qazıldı - Sümükləri oğurlandı – VİDEO

Bəşər Əsədin atasının məzarı qazıldı - Sümükləri oğurlandı – VİDEO

Hazırda oxunan: Bəşər Əsədin atasının məzarı qazıldı - Sümükləri oğurlandı – VİDEO

246479

Suriyanın keçmiş prezidenti Bəşər Əsədin atası Hafiz Əsədin Əl-Laziqiyyə vilayətinin Qardaha şəhərində yerləşən məzarı naməlum şəxslər tərəfindən qazılıb və qəbirdə olan sümüklər oğurlanıb.

Bizim.Media xəbər verir ki, bunu sübut edən görüntü Suriyanın bir neçə "Telegram" kanalında dərc edilib.
 

Belə ki, videoda məzarın sinə daşının tamamilə dağıdıldığı, məzarın qazılaraq oradakı sümüklərin götürüldüyü aydın görünür.


Hələlik Suriyanın rəsmi qurumları məlumatı şərh etməyib.

Məlumat üçün əlavə edək ki, Bəşər Əsədin atası Hafiz Əsəd 1971-2000-ci illərdə Suriyanın prezidenti olub. (Oxu.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO