32 ildən sonra ilk dəfə sərnişin qatarı AĞDAMDA - VİDEO

32 ildən sonra ilk dəfə sərnişin qatarı AĞDAMDA - VİDEO

Hazırda oxunan: 32 ildən sonra ilk dəfə sərnişin qatarı AĞDAMDA - VİDEO

246287

32 ildən sonra ilk dəfə sərnişin qatarı Ağdamda yeni çəkilən yolla irəliləyib.

Bizim.Media xəbər verir ki, bu barədə görüntüləri Barat Abbas oğlu adlı istifadəçi Facebook səhifəsində yayıb.

Xatırladaq ki, Bərdə-Ağdam dəmir yolu xətti Yevlax-Xankəndi dəmir yolunun bir hissəsidir.
 

Bu yol 1991-ci ildə Xankəndinin, 1993-cü ildə isə Ağdamın işğalı nəticəsində istifadəyə yararsız hala düşüb. Həmin vaxtdan sonra 30 ilə yaxın müddətdə qatarların son dayanacağı Tərtər rayonunun Köçərli stansiyası olub.


44 günlük Vətən Müharibəsində qazandığımız qələbədən sonra bu polad magistral da bərpa olunaraq, sərnişinlərin ixtiyarına veriləcək. Hazırda dəmir yolu xəttinin Bərdədən başlayaraq Ağdama qədər uzanan 45 kilometrlik hissəsi yenidən tikilir. Tikinti işləri bu il başa çatdırılacaq.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO