“Bu yolların ucbatından mən ustalardan çıxmıram” – VİDEO

“Bu yolların ucbatından mən ustalardan çıxmıram” – VİDEO

Hazırda oxunan: “Bu yolların ucbatından mən ustalardan çıxmıram” – VİDEO

245218

Son günlərdə müşahidə olunan yol deformasiyaları sürücülərin narazılığına səbəb olub.

Bizim.Media Xəzər TV-yə istinadən xəbər verir ki, xüsusilə Zabratdan Balaxanı istiqamətinə dönən yolda yaranan iri və dərin çuxurlar avtomobillərin hərəkətini xeyli çətinləşdirir.

Sürücülərin sözlərinə görə, yol örtüyü uzun müddətdir ki, təmir olunmur və yağışlı hava şəraiti ilə birlikdə vəziyyət daha da pisləşib. Çuxurların dərinliyi və genişliyi o qədər artıb ki, sürücülər avtomobillərinin alt hissəsinin zədələndiyini, təkərlərin sıradan çıxdığını bildirirlər.

Yolun əlverişsiz vəziyyəti səbəbindən sürücülər avtomobillərini təmirə aparmaq məcburiyyətində qalıblar.
 

“Bu yolların ucbatından mən ustalardan çıxmıram. Maşının amortizasiya sistemi sıradan çıxıb. Asfaltın ümumi keyfiyyəti yox idi, yağış yağdı, bir az da çoxaldı...”, - narazı sürücülərdən biri deyir.


Problemlə bağlı Avtomobil Yolları Dövlət Agentliyinə sorğu ünvanlanıb. Qurumdan bildirilib ki, yoldakı vəziyyətdən xəbərdardırlar. Yaxın günlərdə orada təmir işlərinə başlanılacaq.

Daha ətraflı süjetdə:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO