Qubanın Rustov İnzibati Ərazi Dairəsinə daxil olan Kardaş kəndinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi tam kəsilib. Belə ki, bu gecə Cağacuqçaya gələn güclü sel kəndin ortasındakı asma körpüdən keçidi çox təhlükəli vəziyyətə salıb.
Yerli sakinlərin Bizim.Media-ya verdiyi məlumata görə, hazırda körpüdən keçmək mümkünsüzləşib.
Kəndin sol tərəfində yaşayan əhali bu taya keçə bilmir, nəticədə uşaqlar dərsə getməyib. Kənd blokada şəraitinə düşüb. Onun bir hissəsinin rayon mərkəzi ilə əlaqəsi kəsilib.
Quba FHK sədri, icra başçısının birinci müavini Tariyel İbrahimov güclü yağışların fəsadlara yol açdığını, araşdırma getdiyini təsdiqləyib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu