Rusiyanın İrkutsk vilayətində təyyarə qəzası baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, strateji raketdaşıyan Tu-22M3 təyyarəsi İrkutsk əyalətinin insanlar olmayan ərazisində planlı təlim-məşq uçuşu zamanı qəzaya uğrayıb. 4 ekipaj üzvü katapult edə bilib, lakin ekipajın komandiri olan pilot həlak olub.
İlkin məlumatlara görə, hadisəyə səbəb texniki nasazlıq olub.
Bizim.Media