Ankaradan son görüntülər - Şəhəri su basdı – FOTO-VİDEO

Ankaradan son görüntülər - Şəhəri su basdı – FOTO-VİDEO

Hazırda oxunan: Ankaradan son görüntülər - Şəhəri su basdı – FOTO-VİDEO

24210

Türkiyə paytaxtı Ankarada başlanan güclü yağış şəhərin bir sıra yerlərində ciddi fəsadlar yaradıb.

Bizim.Media xəbər verir ki, güclü yağışın qısa müddətli olmasına baxmayaraq əsasən çökək ərazilərdə yolları, tikintilərin giriş qatlarını və zirzəmiləri sel basıb. Güclü sel və daşqın onlarla minik avtomobilinin yolda qalmasına səbəb olub.

Tunel və aşağı keçidlərdə qalan avtomobillər dartılaraq çıxarılıb. Şəhər rəhbərliyi yolların lildən təmizlənməsi üçün təcili tədbirlərə başlayıb.

Güclü yağışlar ölkənin başqa yerlərində də əhaliyə və təsərrüfata böyük zərər vurub. Adana və Bingöldə yolları və tarlaları sel basıb.

Bizim.Media
 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO