"BakuBus" Yasamalda ağaca ÇIRPILDI – VİDEO

"BakuBus" Yasamalda ağaca ÇIRPILDI – VİDEO

Hazırda oxunan: "BakuBus" Yasamalda ağaca ÇIRPILDI – VİDEO

240765

Bakı şəhəri, Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media “oxu.az”a istinadən xəbər verir ki, Yasamal rayonu, Mirəli Seyidov küçəsi ilə Qəzənfər Musabəyov parkının yaxınlığından keçərkən "BakuBus" MMC-yə məxsus 10 nömrəli marşrut xəttinin avtobusu ağaca çırpılıb.

Sözügedən hadisə nəticəsində ağacın qarşısında duran avtomobilə zərər dəyib.

"BakuBus" MMC-nin mətbuat katibi Əsmər Əliyeva bildirib ki, “BakuBus"ın 10 nömrəli marşrut xəttindəki avtobusun ağaca çırpılmasına səbəb ehtiyatsızlıq olub. İlkin məlumata görə, hadisə nəticəsində avtobusda olan 3 sərnişin yüngül xəsarət alıb:

"Bu gün saat 7:10-da "BakuBus" MMC-nin balansında olan 10 nömrəli marşrut xətti üzrə hərəkət edən 77-JA-658 dövlət qeydiyyat nişanlı avtobus Nazim Hikmət küçəsi, 73 ünvanında (Mirəli Seyidov küçəsi ilə kəsişmədə) hərəkətdə olarkən yol kənarındakı ağaca çırpılıb. Nəticədə ağac qırılaraq dayanacaqda dayanan 90-TE-377 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə aşıb.
 

İlkin məlumata əsasən, nəqliyyat vasitəsinin sürücüsü Şəhriyar Məcidzadə ehtiyatsızlıq səbəbindən idarəetməni itirib və nəticədə avtobus yoldan çıxaraq ağaca çırpılıb. Hadisə nəticəsində avtobusda olan 3 sərnişin yüngül xəsarət alıb və dərhal təcili tibbi yardım avtomobilinin vasitəsilə 1 saylı Klinik Xəstəxanaya aparılaraq ilkin tibbi müdaxilə edilib, hazırda onların vəziyyəti normaldır.


Hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat verilib və hazırda araşdırma aparılır".

Hadisə yerindən görüntüləri təqdim edirik:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO