Cəlilabadın dağ kəndləri ilə əlaqə məhdudlaşıb - VİDEO

Cəlilabadın dağ kəndləri ilə əlaqə məhdudlaşıb - VİDEO

Hazırda oxunan: Cəlilabadın dağ kəndləri ilə əlaqə məhdudlaşıb - VİDEO

236132

Güclü qar nəticəsində 72 kilometrlik Cəlilabad-Yardımlı yolunda hərəkət bir neçə gündür ki, kifayət qədər məhdudlaşıb. 

Bizim.Media xəbər verir ki, belə ki, bu yola bağlı  rayonun Buravar, Badamağac, Əsədli, Ləkin, Musalı, Şatırlı və digər kəndlərində avtomobillərin hərəkətində çətinliklər yaradıb.

Yerli sakinlərin sözlərinə görə, bəzi yaşayış məntəqələrində qarın hündürlüyü 30-40 santimetrə qədər çatıb.  
 

Cəlilabad rayon icra hakimiyyətinin müavini, fövqəladə hallar komissiyasının sədri Qalib Xudaverdiyevin veriyi məlumata görə, 3 gündür aramsız yağan qarın hərəkət çətinliyi yaratdığı yolda qar təmizləyən texnika və işçi qüvvəsi səhər saatlarından başlayaraq yolun açılmasını həyata keçirirlər.


Qeyd edək ki, bölgədə qar yağışı fasilələrlə davam edir. Ən çox qar ucqar dağ kəndlərində yağıb, burada qarın hündürlüyü 30-40 sm-ə çatır. Sinoptiklər gün ərzində yağıntının davam edəcəyini və bəzi yerlərdə intensivləşəcəyini bildirir.



Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO