Respublika ərazisində hava şəraitinin kəskin dəyişməsi müşahidə olunur. Bakıda və Abşeron yarımadasında güclü çovğunla müşayiət olunan qar yağır. Kəskin hava şəraiti avtomobillərin hərəkətinə də bir sıra maneələr törədib.
Bizim.Media xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.
Sözügedən videoda yolun buz bağlaması səbəbindən təcili tibbi yardım maşınının hərəkətində çətinlik yarandığı görünür. Təcili yardım avtomobili insanların köməyi ilə hərəkətinə davam edib.
Həmin görüntüləri təqdim edirik:
Bizim.Media