Güclü qarın qərb bölgəsində yaratdığı FƏSADLAR – VİDEO

Güclü qarın qərb bölgəsində yaratdığı FƏSADLAR – VİDEO

Hazırda oxunan: Güclü qarın qərb bölgəsində yaratdığı FƏSADLAR – VİDEO

235796

Qərb bölgəsində qarın yağması yollarda problemlər yaratdı. Gəncədə və ümumilikdə qərb bölgəsində qarlı hava şəraiti hökm sürür. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə yılların buz bağlaması piyadaların və avtomobillərin hərəkətində çətinliklər yaradıb. 
 

Dünən axşamdan yağmağa başlayan qar əsasən Göygöl, Hacıkənd, Toğanalı, Daşkəsən, Gədəbəy rayonlarında hər yeri ağ örpəyə bürüyüb. Gəncədə qarın hündürlüyü 1-2 mm, Göygöl, Hacıkənddə 3-4 mm, Daşkəsən və Gədəbəydə 6-8 mm-dir. 


Yolların buz bağlaması nəticəsində Göygöl-Toğanalı-Kəlbəcər yolunda avtomobillərin hərəkəti çətinləşib. Bəzi yerlərdə avtomobillər sürüşərək yolların kənarlarında qalıb. 

Yolların buzlu olması səbəbindən bəzi ərazilərdə yol nəqliyyat hadisələri baş verib. Qarlı-buzlu hava şəraiti bir neçə gün davam edəcək.


Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO