Sosial şəbəkələrin Ermənistan seqmentində erməni əsgərlərinin bir bölüyünün mahnı ifası paylaşılıb. Eybəcər, xoruz buraxan səsləri ilə guya ki, ordudakı əhval-ruhiyyəni nümayiş etdirmək istəyiblər.
Bizim.Media xəbər verir ki, düz-əməlli dil ahəngi olmayan bu mahnı ifası sosial şəbəkələrdə bir mənalı qarşılanmayıb.
Ermənilərə isə sadəcə şəhid əsgərimiz Xudayar Yusifzadənin “Vətən yaxşıdır” mahnısına qulaq asmağı məsləhət görərdik.
Onların bölüklə oxuduqları bütöv mahnıları bizim ŞƏHİD Xudayarın xoş avazının bir ahənginə bərabər deyil.
Deməli, kim necə oxuyursa, elə də vuruşur.
Yaxşı oxuyan da, yaxşı vuruşan da Azərbaycan əsgəridir.
Müqayisə üçün hər iki videonu təqdim edirik:
Bizim.Media