Mənzildə bağlı qapı arxasında qalan uşaq belə xilas edildi – VİDEO

Mənzildə bağlı qapı arxasında qalan uşaq belə xilas edildi – VİDEO

Hazırda oxunan: Mənzildə bağlı qapı arxasında qalan uşaq belə xilas edildi – VİDEO

233638

Bakı şəhərinin Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında azyaşlı uşaq mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. 

Bizim.Media xəbər verir ki, bununla bağlı FHN məlumat yayıb. 

Bildirilib ki, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub. 

Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə doqquzmərtəbəli yaşayış binasının doqquzuncu mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq evdə yatmış vəziyyətdə aşkarlanmış 2016-cı il təvəllüdlü uşaq valideynlərinə təhvil veriblər. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO