Xəbər verdiyimiz kimi metronun “Əhmədli” stansiyasının ərazisinə atılan çanta yolun bağlanmasına səbəb olub.
Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, çantaya baxış zamanı içərisində dəftər, su butulkası aşkar olub.
MÖVZU İLƏ BAĞLI:
“Əhmədli”də yol bağlandı - SƏBƏB/VİDEO
Dəftərdəki qeydlərdən məlum olub ki, çanta Xətai rayonu ərazisində məktəblərdən birində təhsil alan 7-B sinif şagirdinə məxsusdur.
Bundan sonra müşahidə kamerasına baxış zamanı həmin şagirdin (cinsiyyəti oğlan uşağı) çantanı orda qoyaraq, avtobusa minərək ərazidən uzaqlaşıb.
Bizim.Media