Ağcabədi Rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən mağazalardan birində olan ödəmə terminalından 10 min 225 manat və müşahidə kamerasının yaddaş qurğusunun oğurlanması barədə məlumat daxil olub.
Bizim.Media xəbər verir ki, keçirilmiş tədbirlər nəticəsində qeyd olunan əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Zahir Puri saxlanılıb.
Onun yaşadığı ünvandan oğurladığı pulun bir qismi maddi sübut kimi aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Bizim.Media
- A-
- A
- A+
Multimedia
12:58 / 27.01.2025
Ödəmə terminalından oğurluq edən şəxs TUTULDU - VİDEO
Hazırda oxunan: Ödəmə terminalından oğurluq edən şəxs TUTULDU - VİDEO
Hazırda oxunan: Ödəmə terminalından oğurluq edən şəxs TUTULDU - VİDEO
231928
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.