Türkiyənin “ASELSAN” şirkətinin istehsal etdiyi “ANKA III” döyüş təyinatlı pilotsuz uçuş aparatından gövdədəki silah stansiyasından 20 min fut yüksəklikdə ilk dəfə raket atışı həyata keçirilib.
Bizim.Media “savunmasanayist.com” portalına istinadən xəbər verir ki, rəsmi açıqlamada prosesin uğurla başa çatdırıldığını əks etdirən videogörüntülər sosial şəbəkələrdə paylaşılıb.
İstehsalçı şirkətin açıqlamasında bildirilib ki, yerli istehsal olunan TOLUN raketləri ilə sözügedən PUA hətta əlverişsiz hava şəraitində belə döyüş tapşırığını yerinə yetirmək qabiliyyətinə malikdir.
Qeyd olunub ki, “F-16” qırıcıları ilə 8 ədəd “hava-yer” tipli raket daşıya bilmək qabiliyyətinə malik olmaqla, naviqasiya sistemi, eləcə də digər xüsusiyyətləri sayəsində asanlıqla istiqamətləndirilə və 100 kilometr məsafədəki hədəfi vura bilir.
Bizim.Media