Cənubi Koreya Prezidenti Yon Sok Yolu həbs etmək mümkün olmayıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Belə ki, Sok Yolu həbs etmək üçün Prezident iqamətgahına gələn istintaq qrupuna mühafizəçilər mane olub. Buna görə də həbs qərarını icra etmək mümkün olmayıb.
Xatırladaq ki, Cənubi Koreya prezidenti dekabrın 3-də ölkədə hərbi vəziyyət elan edib. Bundan sonra orduya paytaxta daxil olmaq və parlamenti mühasirəyə almaq əmri verilib. Lakin parlamentdə səsvermə ilə bütün bu qərarların ləğvi barədə qətnamə qəbul edilib.
Hərbi vəziyyətin ləğv edilməsinə isə 190 deputat səs verib. Yun Sok Yol hərbi vəziyyət rejimi ilə bağlı qərarını Şimali Koreyayönümlü qüvvələrdən müdafiə olunmaq istəyi ilə izah edib.
Dekabrın 14-də isə Cənubi Koreya parlamenti prezident Yun Sok Yolun impiçmentini dəstəkləyib. Bundan əlavə, Sok Yola qarşı dövlətə xəyanət ittihamı ilə istintaq başladılıb.
Bizim.Media