Ekipaj üzvü DANIŞDI: Sərnişinlərə təlimat verdik ki, suya eniş edəcəyik, hazır olsunlar... - VİDEO

Ekipaj üzvü DANIŞDI: Sərnişinlərə təlimat verdik ki, suya eniş edəcəyik, hazır olsunlar... - VİDEO

Hazırda oxunan: Ekipaj üzvü DANIŞDI: Sərnişinlərə təlimat verdik ki, suya eniş edəcəyik, hazır olsunlar... - VİDEO

227297

Aktauda qəzaya uğrayan AZAL-a məxsus sərnişin təyyarəsində olan ekipaj üzvü Zülfüqar Əsadov hadisənin baş vermə anından danışıb.  

Bizim.Media “apa.az”a istinadən məlumatına görə, hazırda xəstəxanada olan Z.Əsədov 1988-ci ildən bəri təyyarə bələdçisi olaraq çalışdığını bildirib. 

O qeyd edib ki, təyyarə eniş edən zaman havada qatı duman olub: 

“Pilot gördü ki, eniş etmək üçün yer görünmür. Buna görə də yenidən havaya qalxdı. Havada dövr etdikdən sonra yenidən enişə cəhd etdi, amma alınmadı. Bundan sonra o məcbur olub havaya qalxdı və başqa istiqamətə yol aldı. Biz geriyə qayıdan zaman çöl hissədən qəribə, zərbəyəbənzər səs gəldi. Mən və Aydan xanım tez salona çıxdıq, insanları sakitləşdirməyə çalışdıq. Mən qabağa getmək istəyəndə qolumdan zərbə dəydi. Elə bil kimsə balta ilə qolumdan vurmuşdu. Qolumda dərin kəsik var idi. Daha sonra isə üçüncü zərbə səsi eşidildi. Biz insanlara təlimat verdik ki, suya eniş edəcəyik və hazır olsunlar, jiletlərini geyinsinlər”.  

Zülfüqar Əsədovun sözlərinə görə, daha sonra onlara ekipaj komandiri zəng edərək onlara suya yox, quruya eniş etmələri ilə bağlı məlumat verilib: 
 

“Fikrimcə suya eniş etsəydik, sağ qalan olmayacaqdı. Çünki bizim təyyarənin mühərrikinə təsir göstərilmişdi və o suya sərt eniş etsəydi, bu daşa dəyməkdən də daha möhkəm olacaqdı. Nəticədə təyyarə parça-parça olacaqdı. Biz məlumatı eşidib sərnişinləri təlimatlandırıq. Bütün sərnişinlər təlimata uyğun hərəkət etdi. 


Pilotlar çox çalışdılar ki, təyyarəni havada saxlayıb təyinat nöqtəsinə qədər enişi edə bilsinlər. Onlar bunun üçün çox cəhd etdilər. İlk olaraq da yerə ön təkərləri vurdular. Çünki bütöv şəkildə yerə dəysə idi, oradan sağ çıxan insan olmayacaqdı. Ya ön təkəri seçməli idilər, ya da arxa”. 

Ətraflı videomaterialda: 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO