Aİ-nin sərhəddəki “müşahidəçi”ləri kəşfiyyatçılığa davam edirlər – VİDEO

Aİ-nin sərhəddəki “müşahidəçi”ləri kəşfiyyatçılığa davam edirlər – VİDEO

Hazırda oxunan: Aİ-nin sərhəddəki “müşahidəçi”ləri kəşfiyyatçılığa davam edirlər – VİDEO

221871

Avropa İttifaqının (Aİ) Azərbaycanla sərhəddə yerləşdirilmiş və kəşfiyyat materialları toplamaqla məşğul olan “müşahidəçiləri” “fəaliyyətləri”ni davam etdirirlər.

Bizim.Media xəbər verir ki, bununla bağlı “Ordu.az” görüntülər yayıb.

Məlumata görə, saat 10:25 radələrində Zəngilan rayon Ağkənd kəndi istiqamətində, Qafan Aeroportunun ərazisinə Syunik kəndi istiqamətindən 2 ədəd Aİ-yə məxsus “Toyota” markalı nəqliyyat vasitəsinin gəlməsi və içindən 4 nəfər Aİ-nın əməkdaşının düşməsi (1 nəfər qadın) bizim ərazini müşahidə etməsi müşahidə olunub.

Saat 11:20-də Qubadlı rayonu Fətəlitəpə kəndi istiqamətində, Gorus rayonu Kornidzor kəndi ərazisindən Aİ-yə məxsus 2 ədəd “Toyota” markalı minik avtomobillərinin gəlməsi, avtomobillərdən 5 nəfər Aİ-nin əməkdaşlarının düşməsi, müşahidə cihazı ilə ərazilərimizi müşahidə etmələri qeydə alınıb.

Quşçu Ayrım kəndi istiqamətində isə saat 11:00 radələrində sərhəddə, Tbilisi-İcevan magistral yolunda 3 ədəd nəqliyyat vasitəsinin dayanması və 3 nəfər Aİ əməkdaşının ərazini müşahidə etməsi müşahidə olunub.

Sözügedən kənd istiqamətində saat 12:40-da Tiblisi-İcevan magistral yolunda Aİ-yə məxsus 2-ədəd nəqliyyat vasitəsinin dayanması və 6 nəfər əməkdaşın bizim ərazilər istiqamətində çəkiliş və müşahidə aparması müşahidə olunub.

Aİ-yə məxsus olan 2 ədəd “Jeep” markalı avtomobil sərhəddin digər istiqamətində 30-cu SN istiqamətində dayanıb, 5 nəfər şəxsin Azərbaycan ərazisini müşahidə etməsi qeydə alınıb.
Bu aktivləşmələr bir daha göstərir ki, təxribat ehtimalı əsassız deyil.
 

Aİ “müşahidəçiləri”nin erməni hərbçilərlə birgə sərhəd “reydlərini” Ermənistanda revanşist qüvvələrin aktivləşməsi, ölkənin silahlandırılması, danışıqlarda daha qeyri-konstruktiv mövqe tutması kimi qiymətləndirmək olar.


Aİ bununla bir daha nümayiş etdirir ki, Azərbaycan və Ermənistan arasında sülh əldə olunmasında maraqlı deyil. Əksinə, Ermənistanı revanşizmə həvəsləndirir, Azərbaycanla sülh danışıqlarından çəkilməyə sövq edir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO