ADA Universitetində Xəzər Həftəsi çərcivəsində “Sülh və Firəvanlıq üçün Ekoloji Körpü” adlı tədbir keçirilib.
Bizim.Media xəbər verir ki, tədbiri Milli Məclisin deputatı, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə giriş nitqi ilə açıb.
Prorektor bildirib ki, tədbirin keçirilməsində məqsəd ətraf mühitlə bağlı əməkdaşlığın sülh və rifahı təşviq etməsi yollarını müzakirə etməkdir.
Tədbirdə geniş təcrübəyə malik yerli və xarici ekspertlər çıxış ediblər. Ekoloji mühitdə baş verən dəyişiklikləri araşdırmaq üçün mütəxəssislər bir araya toplaşıb. Həmçinin burada kənd təsərrüfatının qorunması ilə bağlı problemlərə və həll yollarına da toxunulub.
Daha ətraflı videoreportajda:
Hürü Əliyeva, Pərviz Allahverdiyev, Bizim.Media