Bu gündən etibarən Bakı Dənizkənarı Bulvarında gəmi gəzintisi bərpa edilib. Belə ki, artıq “Mirvari” gəmisi ilə səyahətlərə start verilib.
Qeyd edək ki, gəmi 3 mərtəbə və 460 nəfərlik yerdən ibarətdir. Biletlər gəminin yerindən və mərtəbəsindən aslı olaraq 5-10 manat arasında dəyişir. Bu 2015-ci ildə müəyyənləşən qiymətlərdir. 10 ilə yaxın vaxt keçməsinə baxmayaraq təmir-bərpa işlərindən sonra qiymətlərdə artım olmayıb. 6 yaşına qədər uşaqlar üçün isə gəmi gəzintisi ödənişsizdir.
MÖVZU İLƏ BAĞLI:
Bakıda gəmi gəzintisinin qiymətləri AÇIQLANDI
Qeyd edək ki, dəniz suyunun səviyyəsinin aşağı enməsi ilə əlaqədar Bakı bulvarında 2022-ci ildən gəmi gəzintisinə fasilə verilmişdi.
İlin əvvəlindən batimetriya (dənizin dərinliyinin ölçülməsi) işləri aparılması nəticəsində gəminin rahat və təhlükəsiz hərəkəti üçün yeni marşrut xətti müəyyənləşdirilib.
Daha ətraflı Bizim.Media-nın hazırladığı videoreportajda:
Hürü Əliyeva, Pərviz Allahverdiyev, Bizim.Media