“Qarabağ” 3 xalı 3 qolla qazandı - VİDEO

“Qarabağ” 3 xalı 3 qolla qazandı - VİDEO

Hazırda oxunan: “Qarabağ” 3 xalı 3 qolla qazandı - VİDEO

218058

“Qarabağ” Azərbaycan Premyer Liqasında növbəti qələbəsini qazanıb.

Bizim.Media xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv XI turda “Şamaxı” ilə üz-üzə gəlib.

Matç “köhlən atlar”ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.
 

47-ci dəqiqədə Toral Bayramov penaltini dəqiq yerinə yetirib. 66-cı dəqiqədə Redon Cica fərqi daha da artırıb. 84-cü dəqiqədə isə Yasin Benziya yekun hesabı müəyyənləşdirib.


Hazırda lider olan Ağdam təmsilçisi qələbə sayəsində xallarının sayını 27-yə çatdırıb. 12 xalı olan qonaqlar 6-cı sırada qalıb.

Qeyd edək ki, XI turun əvvəlki oyunlarında “Turan Tovuz” “Kəpəz”i (2:1), “Sumqayıt” “Səbail”i (1:0) məğlub edib. “Araz-Naxçıvan” – “Zirə” matçında (1:1) və “Sabah” – “Neftçi” görüşündə (0:0) qalib müəyyənləşməyib.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO