Zelenski: “Ətrafımdakı bəzi insanların hərəkətlərinə görə utanıram” - VİDEO

Zelenski: “Ətrafımdakı bəzi insanların hərəkətlərinə görə utanıram” - VİDEO

Hazırda oxunan: Zelenski: “Ətrafımdakı bəzi insanların hərəkətlərinə görə utanıram” - VİDEO

21765

Ukrayna prezidenti Vladimir Zelenski ətrafındakı insanların atdığı bəzi addımlardan utandığını deyib.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “RİA Novosti” agentliyi yayıb.

"Yanımda olan bəzi insanların addımlarına görə həqiqətən utanıram. Bunlar kiçik səhvlərdirsə, bağışlamalıyıq, vəziyyəti düzəldib özlərini göstərməlidirlər, çünki insanlara oğru deyillərsə, hər zaman ikinci şans verilməlidir.

Mən həmişə insanlara ikinci, bəzən üçüncü şans verirdim, ancaq bundan təəssüfləndiyim hallar da olur”, deyə Zelenski Ukrayna prezidenti kimi ikinci ildönümünün nəticələrindən sonra cümə axşamı keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, özü ilə hakimiyyətə gələn insanlar üçün məsuliyyət daşıyır:
 

MÖVZU İLƏ BAĞLI:

Zelenski: “Putinlə görüşə hazırlıqlar gedir”


“Komanda üzvlərimin bəzi hərəkətləri reytinqimə zərər vurur”.

Xatırladaq ki, Zelenski 21 aprel 2019-cu ildə Ukraynada keçirilən prezident seçkilərində ikinci turda 73% səs toplayaraq qələbə qazanıb.

Ukraynanın altıncı və ölkə tarixində ən gənc prezidenti olub. Siyasətə şou-biznesdən gəlib.

Seçki kampaniyası dövründə Zelenskinin əsas vədləri Donbasdakı müharibəyə son qoymaq, korrupsiyaya qarşı mübarizə, o cümlədən bu cür sxemlərdə iştirak edən əvvəlki hökumətin nümayəndələrini cəzalandırmaq və vətəndaşların rifah halını artırmaq planları idi.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO