FHN: Naxçıvanda tapılan sursatlar ərazidən götürülərək kənarlaşdırılıb - FOTO/VİDEO

FHN: Naxçıvanda tapılan sursatlar ərazidən götürülərək kənarlaşdırılıb - FOTO/VİDEO

Hazırda oxunan: FHN: Naxçıvanda tapılan sursatlar ərazidən götürülərək kənarlaşdırılıb - FOTO/VİDEO

217479

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Kəngərli rayonu, Çarxanqala kəndi ərazisində hərbi sursatların aşkar edilməsi barədə məlumat daxil olub.

Bu barədə Bizim.Media-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar dərhal Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin pirotexnikləri hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların 2 ədəd TM 62 tank əleyhinə mina, 1 ədəd qumbaraatan mərmisi, 1 ədəd F-1 əl qumbarası və 1 ədəd döyüş başlığı ilə birlikdə 82 mm-lik minatan minası olduğu müəyyən edilib.

Sursatlar pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.









Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO