Qubada Əlik çayı daşdı – Avtomobillərin hərəkəti ÇƏTİNLƏŞDİ - FOTO/VİDEO

Qubada Əlik çayı daşdı – Avtomobillərin hərəkəti ÇƏTİNLƏŞDİ - FOTO/VİDEO

Hazırda oxunan: Qubada Əlik çayı daşdı – Avtomobillərin hərəkəti ÇƏTİNLƏŞDİ - FOTO/VİDEO

217040

Ötən gündən yağan qar indi güclü yağışla əvəzlənib. Bu səbəbdən Quba-Xınalıq yolunun 42-ci km-dən üzü Xınalığa və əks istiqamətə hərəkət edən minik avtomobillərinin hərəkəti çətinləşib. 

Bu barədə Bizim.Media-ya 5 saylı Quba Yol İstismar İdarəsinin sahə rəisi Bilal Sultanov məlumat verib. 

O bildirib ki, yolun 42-ci km-də yerləşən körpünün uçması səbəbindən Əlik çayının içərisindən müvəqqəti alternativ yol salınıb.

Hazırda Əlik çayında suyun səviyyəsi xeyli artdığından Xınalıq və əks istiqamətə gedən sürücülər çayın içərisindən keçməklə "UAZ", "Niva" markalı maşınlarla hərəkət edirlər. 






Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO