Avtobuslarda kondisionerlər bu tarixdə yandırılacaq – BNA - VİDEO

Avtobuslarda kondisionerlər bu tarixdə yandırılacaq – BNA - VİDEO

Hazırda oxunan: Avtobuslarda kondisionerlər bu tarixdə yandırılacaq – BNA - VİDEO

21702

Havaların isti keçməsinə baxmayaraq ictimai nəqliyyatlarda sərinləşdirici sistem hələ də işə salınmayıb.

Bizim.Media Xəzər TV-yə istinadən xəbər verir ki, havaların isti keçdiyi bu günlərdə ictimai nəqliyyatda sərinləşdiricinin işlədilməməsi sərnişinlərin şikayətinə səbəb olub.
 

MÖVZU İLƏ BAĞLI:

BNA-dan gülünc AÇIQLAMA - “Avtobuslarda soyutma sistemi mərkəzləşdirilmiş qaydada işləyir”


Sürücülər də bildirirlər ki, hava isindikcə vətəndaşların narazılıqları artıb. Hələki ictimai nəqliyyatlarda nəfəslikləri açırlar.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin məlumatına görə, nəqliyyatların sərinləşdirici sistemləri qarajlarda tənzimlənir. Əgər gün başlanğıcında sistem yandırılarsa sadəcə qaraja gələndə söndürmək olur.

Belə olanda isə səhər və axşam havanın sərin olduğu vaxtda avtobusların daxili sərnişinlər üçün hədsiz soyuq olar. Bildirilir ki, yay rejiminə keçid iyun ayının 15-dir. 

Bildirilib ki, əgər istiləşmə artsa, tarix dəyişə bilər.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO