44 günlük Vətən müharibəsi zamanı ermənilər döyüş meydanından uzaqda olan yaşayış məntəqələrini və mülki şəxsləri dəfələrlə hədəfə alıb.
Bizim Media xəbər verir ki, hətta məzarlıqlarda belə erməni vandallığının izləri qalmaqdadır.
Tərtərin Səhlabad kənd qəbiristanlığı kimi. Kənd sakini Cəbrayıl Yusifovun sözlərinə görə, ermənilər sözügedən məzarlıqda bir gecədə bütün qəbirləri dağıdıblar:
"Səhər gəlib gördük ki, bütün qəbirlər dağılıb. 266 qəbirə ziyan dəymişdi, 100-dən çoxu isə tamamilə dağılmışdı".
Qeyd edək ki, 2020-ci il oktyabrın 14-də dəfn mərasimi zamanı Tərtər şəhər qəbiristanlığının raket atəşinə tutulması nəticəsində 4 mülki şəxs - Pərviz Orucov, İsgəndər Əmirov, Vasif Rüstəmov və Şakir Zamanov aldığı qəlpə yaralarından yerindəcə dünyasını dəyişib.
Daha ətraflı Baku TV-nin materialında:
Bizim Media