Vaxtından əvvəl doğulan körpələrin özəl xəstəxanalarda olan küvəzlərdə saxlanılması yüksək məbləğə başa gəlir.
Bizim.Media xəbər verir ki, körpəsi vaxtından əvvəl doğulan və ya hamiləliyin erkən həftələrində ağır vəziyyətdə xəstəxanaya gətirilən hamilə qadının yaxınları mütləq şəkildə depozit ödəməlidirlər.
Depozit uşağın həftəsi və çəkisinə uyğun olaraq, əsasən 2000-3500 manat arasında dəyişir. Bu məbləğ uşağın küvəzdə olduğu hər gün üçün xərclənir. Yəni, vəziyyət ağır olarsa, 2-3 günə də bitə bilər. Küvəzlərin bir günlük qiyməti gösərilən tibbi xidmətlərə görə dəyişir.
Dövlət xəstəxanalarına gəlincə, həm xalq arasında "OMD" kimi tanınan Elmi-Tədqiqat Pediatriya İnstitutundan, həm də Respublika Klinik Xəstəxanasından bildirildi ki, onlarda bütün ağırlıq dərəcələrində olan uşaqları qəbul etmək üçün küvəz, süni tənəffüs aparatı və xidməti tibb personalı var.
Dövlət xəstəxanalarında küvəz pulsuzdur. Hətta körpənin özəl xəstəxanadan dövlət xəstəxanasına köçürülməsi də mümkündür.
Ginekoloq Naibə Həsənova deyir ki, 5 aylığında doğulmuş körpəni də küvəz şəraitində saxlamaq mümkündür.
Mövzu ilə bağlı daha ətraflı Xezerxeber.az-ın videomaterialında:
Bizim.Media