Şəmkirdə üç fəhlənin faciəli şəkildə öldüyü ərazidən GÖRÜNTÜLƏR - VİDEO

Şəmkirdə üç fəhlənin faciəli şəkildə öldüyü ərazidən GÖRÜNTÜLƏR - VİDEO

Hazırda oxunan: Şəmkirdə üç fəhlənin faciəli şəkildə öldüyü ərazidən GÖRÜNTÜLƏR - VİDEO

213011

Şəmkirdə bədbəxt hadisə üç nəfərin ölümünə səbəb olub.

Bizim.Media xəbər verir ki, hadisə rayonun Könüllü kəndində qeydə alınıb.

Belə ki, təsərrüfat işləri ilə məşğul olan üç nəfər daşıdıqları nərdivanın ərazidən keçən yüksək gərginlikli xəttə toxunması nəticəsində cərəyan vurmasından ölüb.

Hadisə zamanı dünyasını dəyişən Əkbər Bağırov və İsmət Məmmədov Şəmkir, Adil Böyükkişiyev isə Ağstafa rayon sakinidirlər.

"İstixanaya nərdivanı sürüyə-sürüyə gətiriblər. Yuxarıdan da böyük gərginlikli xətt keçirdi. Ehtiyatsızlıqdan əllərindəki nərdivan cərəyana dəyib", - İsmət Məmmədovun qardaşı deyib.

Faktla bağlı araşdırma aparılır.

Ətraflı Baku TV-nin süjetində:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO