Zaxarova Paşinyana səsləndi: Sözlə oynamaq yaxşılığa aparmaya bilər – VİDEO

Zaxarova Paşinyana səsləndi: Sözlə oynamaq yaxşılığa aparmaya bilər – VİDEO

Hazırda oxunan: Zaxarova Paşinyana səsləndi: Sözlə oynamaq yaxşılığa aparmaya bilər – VİDEO

209922

"İrəvanda bu yaxınlarda KTMT-nin Ermənistan ərazisini tərk etdiyini elan etdilər, sonra bu təşkilatın daxilində fəaliyyətlərini dondurduqlarını dedilər. Mən başa düşmək istərdim, kim kimin tərkibindədir".

Bizim.Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə Ermənistanın baş naziri Nikol Paşinyanın Ermənistanın KTMT-dəki iştirakını dondurması ilə bağlı bəyanatını şərh edərkən deyib.

Onun sözlərinə görə, hər söz, hər bir ifadə məmur tərəfindən danışılırsa, təkcə deyilənlərə görə deyil, həm də nəticələrinə görə məsuliyyət də olmalıdır:

"İrəvan de-yure KTMT-nin tamhüquqlu üzvü olaraq qalır və müvafiq hüquq və öhdəliklərini özündə saxlayır. 

Ümid edirik ki, Ermənistan özünün və bütün regionun gələcək təhlükəsizliyinin maraqları naminə KTMT ilə tərəfdaşlığını tam bərpa edəcək. Regionun çox sınaqlardan keçdiyini nəzərə alsaq, sözlə oynamaq yaxşılığa gətirib çıxarmaya bilər".
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO